Ölkə futbolu

Hücumçusu “Xəzər Lənkəran”dan ayrılır?: “Bunu oxuyanda təəccübləndim” – REAKSİYA

“Xəzər Lənkəran”ın hücumçusu Ağabala Ramazanovun komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə klubun baş məşqçisi Elbrus Məmmədovdan reaksiya gəlib.

Cənub komandasının çalışdırıcısı İdmanxeber.com-a açıqlamasında Ramazanovun komandadna ayrılacağı ilə bağlı yayılan xəbərləri əsassız sayıb:

“Bunu oxuyanda mən də təəccübləndim. O, bizimlə sabah oyuna çıxacaq. Ağabala gənclər arasında ən təcrübəlisidi. Onu itirmək istəmərik”.

Qeyd edək ki, A.Ramazanovun “Sumqayıt” və ya “Neftçi”yə keçəcəyi ilə bağlı xəbərlər dolaşırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43