22 Oktyabr 2024
Kateqoriyasız

Hulk Çinin tarixinə düşdü

Rusiya “Zenit”indən ayrılan Halkın Çinin “Şanxay SİPG” klubuna transferi 55.3 milyon avroya başa gəlib. 

İdmanxeber.com-un məlumatına görə, bu keçid Çin futbolunun ən bahalı transferi olaraq tarixə düşüb.

Artıq futbolçu müqaviləyə qol çəkmək üçün Çindədir.

Buna qədər ən bahalı transfer “Tszyansu Sunin” klubuna məxsus olub. Klub Donetsk “Şaxtyor”unda çıxış etmiş Aleks Teyksera üçün 46 milyon avro ödəyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43