Ölkə futbolu

Hüseyn Cəbrayıloğlu: “Tezliklə gələcəklər”

Məlumunuzdur ki, “Xəzər Lənkəran”ın iki gənc üzvü – Tərlan Qasımzadə və Kamran Abdullazadə Türkiyəyə təlim-məşq toplanışına aparılmayıb.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, hazırda MOİK-də çıxış edən və XL-ə icarə əsasında cəlb olunan hər iki futbolçu yaxın günlərdə Antalyaya yollanacaq. Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib:

“Bayramla əlaqədar olaraq, bu məsələ yubandı. Tezliklə gələcəklər”.

Qeyd edək ki, onlar hərbi xidmətdə olduqları üçün Cənub klubuna icarə əsasında gəliblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43