l Divizion

I Divizionda ayın ən gözəl qolu seçilir – VİDEO

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası ilə yanaşı, I Divizion yarışlarını da daim diqqətdə saxlayır.

İdmanxeber.com-un məlumatına görə, qrum 5-ci dəfə I Divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirəcək.

I Divizionda vurulan ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası tərəfindən səsvermə yolu ilə seçilir. Ay ərzində vurulan ən yaxşı  5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilir. Azarkeşlər PFL.az saytına daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik  olurlar. Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahibdirlər. Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsusdur. Əgər səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirir. Əgər hər iki tərəfin seçimi üst-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etmir. Başa çatan mart ayının ən yaxşı qolu artıq saytımızda yerləşdirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43