Ölkə futbolu

I divizionda ilk turun təqvimi bəlli oldu

Çempionat 23-24 avqustda start götürəcək.

İdmanxeber.az-ın məlumatına görə, I Divizionun 2018/2019 mövsümü üçün təqvimi 2 dövrədən ibarət olacaq yarışa avqustun 23-də start veriləcək.
Sonuncu tur isə 2019-cu il 11 may tarixinə təyin olunub. Yarış 14 komandanın iştirakı ilə keçirilir. İlk dəfə “Qəbələ” istisna olmaqla, I Divizionda Premyer Liqada çıxış edən klubların əvəzedici komandaları da mübarizə aparacaq.

Çempionatda 4+6+1 (4 nəfər daha yaşlı Azərbaycan vətandaşı, onlardan ikisi legioner futbolçu da ola bilər, 6 nəfər 1998-ci il və daha gənc təvəllüdlü Azərbaycan vətəndaşı və 1 nəfər 2001-ci il Azərbaycan vətəndaşı) limiti tətbiq olunacaq.
2018-ci il / Birinci dövrə

I tur, 23 avqust (cümə axşamı)

1. “Qaradağ Lökbatan”(Bakı) – “Neftçi-2”(Bakı)

2. “Sabah-2”(Bakı) – MOİK(Bakı)

3. “Kəpəz”(Gəncə) – “Qarabağ-2”(Ağdam)

4. “Zirə-2” (Bakı) – “Səbail-2” (Bakı)

24 avqust (cümə)

5. “Zaqatala”(Zaqatala) – “Keşlə-2”(Bakı)

6. “Turan Tovuz”(Tovuz) – “Ağsu” (Ağsu)

7. “Şüvəlan” (Bakı) – “Sumqayıt-2” (Sumqayıt)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43