l Divizion

I Divizionda maraqlı olay: meydana it daxil oldu, futbolçuya xəsarət yetirdi (FOTOLAR+VİDEO)

Azərbaycan 1-ci divizionunun 22-ci turunda "Bakılı" MOİK-i qəbul edir.

İdmanxeber.com-un stadionda olan əməkdaşının verdiyi məlumata görə, hal-hazırda davam edən matçda maraqlı anlar yaşanıb. Belə ki, matçın start fitindən 5 dəqiqə sonra meydana it daxil olub. Matç başlayan zaman meydançanın kənarında oturan it sonradan içəri daxil olaraq, futbolçuların oynamasına mane olub. Görüşün baş hakimi Alik Yunusov, eləcə də 4-cü hakim Venera Kahriçin uzun sürən mübarizəsindən sonra iti meydandan çıxarmaq mümkün olub.

Stadionda olan əməkdaşımızın verdiyi məlumata görə, it meydana daxil olduğu zaman "Bakılı" klubunun futbolçularından birinə də xəsarət yetirib.

Həmin anın fotolarını və videolarını təqdim edirik:

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43