Ölkə futbolu

I Diviziondan xəbər var: “Şəmkir” dağıldı!

Son  7 ildi ki, I Divizionda çıxış edən “Şəmkir” futbol klubu tarixin yaddaşına köçüb.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, qərb təmsilçisi yeni mövsümdən etibarən aşağı dəstədə təmsil olunmayacaq. Belə ki, klub futbolçulara artıq uzun müddətdi ki, almalı olduqları maaşları ödəmir. Bundan başqa komandanın oyunlarını keçirdiyi Şəmkir Olimpiya İdman Kompleksinə də vercəkləri üst-üstə yığılıb. “Ağ-qırmızılar”ın prezidenti Elvin Səfərov isə ortalıqda görünmür. Şəmkir İcra Hakimiyyətinin komandanı maliyyələşdirməyə gücü yetmədiyindən klub sahibsiz qalıb. Bunu görən Peşəkar Futbol Liqası şəmkirliləri yeni mövsümdən I Diviziona buraxmamağı qərar alıb.

Hələ ötün mövsümün əvvələrində “Şəmkir”in iddialılar sırasında qərarlaşacağı, komandaya yeni sponsorların cəlb olunacağı deyilsə də, məsələ öz həllini tapmayıb.

Bununla belə Şəmkir ümumiyyətlə futbolsuz qalmayacaq. Hazırda Şəmkirdə keçirilən rayon birinciliyində rayonun eyni adlı komandası mübarizə aparacaq. Yeni mövsümdən etibarən isə qərb klubunu həvəskarlar liqasında görə biləcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43