20 Sentyabr 2024
Ölkə futbolu

I Liqanın daha bir oyunu “CBC Sport”da

I Liqanın daha bir oyunu “CBC Sport”da canlı yayımlanacaq.

İdmanxeber.az xəbər verir ki, II turun “Baku Sportinq” – MOİK qarşılşması “CBC Sport” telekanalı vasitəsilə canlı nümayiş olunacaq. Bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

19 sentyabr saat 16:00-da başlayacaq görüş “Baku Sportinq Arena”da (Buzovna qəsəbə stadionu) keçiriləcək.

Qeyd edək ki, ilk turun “Qəbələ” – “Zaqatala” matçı da “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43