Ölkə futbolu

İbrahim Amadu: “Qalib gəlməklə mərhələ adlayacağıq”

Avrokuboklarda doğma meydanda heç-heçə etmək müsbət nəticə deyil. Lakin bu oyunun rövanşı da olacaq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Lill”in futbolçusu İbrahim Amadu deyib:

“Bu cavab oyununa yaxşı hazırlaşıb əlimizdən gələni etməliyik. 1-ci hissədə çatışmazlıqlarımız vardı. Daha sonra biz oyunun müəyyən hissəsini ələ ala bildik. İkinci hissədə bir çox epizodlarımız oldu. Əlbəttə, cavab matçı çətin olacaq amma ümid edirəm ki, qalib gəlməklə mərhələ adlayacağıq”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43