Ölkə futbolu

İbrahim Şehiç Avropa klublarına meydan oxudu: “Kim gəlir, gəlsin”

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç “Tvente” matçından danışıb.

Bosniyalı qapıçı idmanxeber.com-a açıqlamasında qələbəni bütün Azərbaycan xalqına həsr etdiklərini də bildirib:

“Artıq kim gəlir, gəlsin önəmli deyil. Dünənki oyundan sonra paltardəyişmə otağında baş verənləri danışmaqda çətinlik çəkirəm. Bilmirdik nə baş verir, biz bu günü çoxdan gözləyirdik.  Qələbənin dadını çıxarırıq və bu qələbəni bütün Azərbaycan xalqına həsr edirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43