Müsahibə

İbrahim Şehiç: “Azərbaycana qızlara baxmağa yox, futbol oynamağa gəlmişəm” – MÜSAHİBƏ

“Qarabağ” klubunun qapıçısı İbrahim Şehiç Bosniya və Hersoqovina mətbuatına müsahibə verib..

– “Qarabağ”a keçidin necə reallaşdı?

– Azərbaycanla yanaşı, Polşadan təklif almışdım. İlk baxışdan təklif olunan şərtlərin təmin olunacağına inanmadım. Çünki Azərbaycan haqda çox az məlumata malik idim. Ancaq layihə mənə qane etdi və Bakıya getdim. Düşünürəm ki, seçimimdə səhv etməmişəm. Ötən mövsümü çempion kimi başa vurduq. Çempionatda ən çox qol vurduq və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. “Zalsburq”la oyunlarımız yaddaqalan oldu. “Tvente” ilə oyunda rəqibə şans vermədik. Öz gücümüzə inanırdıq.

– “Qarabağ”dan Avropa Liqasında nə gözləmək olar ?

– Qrupda nələr olacağı hələlik bəlli deyil. Çünki biz İtaliyada və Avropada çempionluqlar yaşamış “İnter” kimi nəhəng kluba qarşı oynayacağıq. İlk oyunda “Sent-Etyen”i (0:0) məğlub edə bilərdik. Eybi yox. İndi biz Milanda yaxşı çıxış etməklə oyunumuzdan zövq almaq istəyirik. Orada güclü komanda olduğumuzu sübut etməliyik.

– Azərbaycanda yaşayış necədir?

– Bakı böyük şəhərdi. Burada xarici investorlar çoxdur. Əsl meqapolisdir. Amma ölkənin digər şəhərləri inkişaf cəhətdən Bakıdan geridə qalır. Oradakı insanlar əsasən kənd təsərrüfatı işləri ilə məşğul olurlar.

– Bakıdan kənarda olduqda ora üçün darıxırsız?

– Bəli. Çünki Bakıda dostlarım və ailəm var. Artıq oradakı həyata öyrəşmişəm. Ancaq hər gün də Sarayevaya gəlib, dostlarımı və ailəmi görmək istəyirəm.

– Azərbaycanın mətbəxi haqda nə deyə bilərsən?

– Azərbaycan mətbəxinin özünə məxsusluğu var və Türkiyədəkinə oxşayır. Orada Fransa və İtaliya yeməkləri də tapmaq mümkündür. Hətta Balkan yeməkləri hazırlayan bir yer də tanıyıram. Amma oradakı küftələr Sarayevadakı kimi yaxşı deyil.

– Bəs qızlar?

– Azərbaycana qızlara baxmağa yox, futbol oynamağa gəlmişəm. Həm də mənim sevgilim var və başqalarına baxmaq istəmirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43