08 Sentyabr 2024
Kateqoriyasız

İbrahim Şehiç: “Biz güclü və hörmətə layiq komanda olduğumuzu göstərəcəyik”

Avropa Liqasının qrup mərhələsində səfərdə “İnter”in qonağı olacaq “Qarabağ”ın qapıçısı İbrahim Şehiç qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, UEFA-nın rəsmi saytına danışan bosniyalı qolkiper Milanda “Qarabağ”ın hörmətə layiq komanda olduğunu göstərməyə çalışacaqlarını bildirib:

“İtaliyanın əsas komandalarından birinə qarşı necə oynayacağımızı heç kəs bilmir. Gəlin, matçdan zövq almağa çalışaq. Ən əsası da biz güclü və hörmətə layiq komanda olduğumuzu göstərəcəyik”.

Qeyd edək ki, “İnter” – “Qarabağ” oyunu oktyabrın 2-də, İtaliyada keçiriləcək. Oyun Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43