İdman

İbrahim Şehiç Edin Ceko ilə eyni komandada – FOTO

Bosniya və Herseqovinanın BIHscout.ba saytı ölkənin fevral ayı üçün rəmzi komandasını tərtib edib.

İdmanxeber.com-un məlumatına görə, heyətdə ötən ay keçirilən rəsmi matçlarda ən yaxşı çıxış edən 11 yerli oyunçu yer alıb. “Qarabağ”ın qapıçısı İbrahim Şehiç də rəmzi komandaya daxil olub. Onun ötən ay keçirdiyi 3 oyunda da qapısını toxunulmaz saxladığı vurğulanıb.

Rəmzi komandada aşağıda adları qeyd olunan futbolçular yer alıb:

Qapıçı: İbrahim Şehiç (“Qarabağ”)

Müdafiəçilər:  Samir Memişeviç (“Qroninqen”), Oqnyen Vranyeş (AEK), Ervin Zukanoviç (“Cenoa”), Sead Kolaşinaç (“Arsenal”)

Yarımmüdafiəçilər: Sanyin Prçiç (“Renn”), Miralem Pyaniç (“Yuventus”), Rade Kruniç (“Empoli”), Edin Viska (“Başakşəhər”)

Hücumçular: Smail Prevlyak (“Zalsburq”), Edin Ceko (“Roma”)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43