Ölkə futbolu

İbrahim Şehiç: “Məşqçilər necə inadla çalışdığımı görəcəklər”

“Qarabağ” klubunun yeni transferi İbrehim Sehiç ilk açıqlamasını verib.

Klubun saytına danışan bosniyalı qapıçı Ağdam təmsilçisində qapıçılar arasında güclü rəqabətin olduğunu deyib. Bildirib ki, bu, onu qorxutmur:

“Ötən mövsüm “Mersi İdman Yurdu” superliqanı tərk etdikdən sonra klubla yollarımı ayırdım. Yeni çağırışı mənə “Qarabağ” etdi. Bu kluba uğur qazanmaq üçün gəlmişəm. Heyətimizdə güclü qolkiperlər var. Bu  da rəqabət üçün vacibdir. Heç kimdən çəkinmirəm. Forma üçün mübarizə aparacam. Məşqçilər necə inadla çalışdığımı görəcəklər. İnanıram ki, “Qarabağ”a faydalı ola biləcəm. Ən böyük  hədəfim isə `Qarabağ`da uğurlu çıxışımla yenidən milli formanı geyinməkdir”.

Qeyd edək ki, İbrahim Sehiç “Qarabağ”la iki illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43