Ölkə futbolu

İbrahim Uzunca: “Başabaş mübarizə apardıq”

Topaz Premyer Liqasının XIV turu  “Bakı” üçün uğursuz alındı. Belə ki, komanda öz stadionunda “İnter”ə 0-1 hesabı ilə uduzdu.

İdmanxeber.com-un məlumatına görə, “Bakı”nın baş məşqçisi İbrahim Uzunca matçdan sonra bunları deyib:

“Başabaş mübarizə apardıq. Ani səhvdən sonra qapımıza qol vuruldu. Biz ilk hissədə daha üstün oynadıq. Qol da vura bilərdik. Əgər qol vursaydıq, hesab fərqli olacaqdı. Hazırda akademiyanın yetirmələrinə şans veririk. Çalışırıq ki, həmin oyunçular gələn il komandanın əsasını təşkil etsinlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43