Dünya futbolu

İbrahimoviç cəzalandırılacaq

İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi “Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviç cəzalandıracaq.

İdmanxeber.com-un məlumatına görə, buna onun İngiltərə Premyer Liqasının 27-ci turunda “Bornmut”la matçda (1:1) rəqib komandanın futbolçusu Tayron Minqsi vurması səbəb olub. Bundan başqa, Minqsə isə həmin epizoddan daha əvvəl İbrahimoviç yıxılarkən başına zərbə vurduğu müəyyənləşib.

Məlumata görə, İbrahimoviçə 3 oyunluq, Minqsə isə daha artıq cəza veriləcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43