İdman

İbrahimoviç Dünya çempionatında iştirak edə bilər

Qışda “Mançester Yunayted”dən ayrılaraq MLS təmsilçisi “Los Ancles Qalaksi”yə transfer olan isveçli ulduz Zlatan İbrahimoviç 2018-ci il dünya çempionatında çıxış edə biləcəyi haqda siqnal verdi.

 

İdmanxeber.com-un məlumatına görə, 2016-ci il Avropa çempionatından sonra yığma karyerasına son qoyan 36 yaşlı futbolçu “twitter” hesabında paylaşım edərək azarkeşləri həyəcanlandırıb. İbrahimoviç sosial şəbəkə hesabında “Dünya kubokunda oynamaq şansım skyhöga” paylaşımını edib. Daha sonra “skyhöga” sözünün mənasının İsveç dilində “çox yüksək” olduğu məlum olub.

 

Qeyd edək ki, ulduz futbolçu ötən günlərdə etdiyi açıqlamasında:”İstəsəm, dünya çempionatında İsveç formasıyla oynayaram” söyləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43