İdman

İbrahimoviç: “Həyatdakı tək peşmanlığım…”

“Mançester Yunayted”in ulduz futbolçusu Zlatan İbrahimoviç “Mançester Siti” ilə derbi öncəsi maraqlı açıqlamalar verib.

İdmanxeber.com-un məlumatına görə, o, bunları deyib:

“Mənim həyatda elə də çox peşman olduğum şeylər yoxdur. Peşman olduğum tək şey Mourinyo ilə az çalışmaq. O, bu futbolun şahıdır. Oyunla əlaqədar hər şeyi bilir. Onunla təkrar çalışmaq fürsəti əlimə düşəndə çox düşünmədim və qəbul etdim”.

Qeyd edək ki, Mançester derbisi sentyabrın 10-u saat 15:30-da başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43