Dünya futbolu

İbrahimoviç karyerasını başa vuracaq?

“Mançester Yunayted”in qol silahı hesab edilən Zlatan İbrahimoviç əməliyyat edilib.

Avropa Liqasının 1/4 final mərhələsi qarşılaşmasında “Anderlext”lə matçda zədələnən hücumçu dizindən əməliyyat olunub.

35 yaşlı forvardın son durumu ilə bağlı onun agenti Mino Rayola məlumat verib. Məşhur agent Zlatanın uğurlu əməliyyat keçirdiyini və minimum 9 ay yaşıl meydanlardan kənar qalacağını söyləyib. Agent İbranın karyerasını bitirməyəcəyini və yaşıl meydanlara dönəcəyini sözlərinə əlavə edib.

İbrahimoviç bu mövsüm “Mançester Yunayted”in heyətində 28 oyuna 17 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43