Kateqoriyasız

İbrahimoviç karyerasını bitirir? – özü açıqladı

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç karyerasını bitirməyə tələsmir.

İdmanxeber.az-ın məlumatına görə, isveçli forvard hazırda özünü yaxşı hiss etdiyini bildirib. 41 yaşlı futbolçu hələ də oynamaq gücündə olduğunu söyləyib:

“Daim sağlam olmağa çalışıram. Təslim olmağa başladığım gün ətrafımdakı insanların dürüst olmalarını və zəiflədiyimi demələrini istəyirəm”.
Qeyd edək ki, Zlatan İbrahimoviç hazırda dizindəki zədəni sağaltmaqla məşğuldur. Onun gələn ilin yanvarında kollektivə dönməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43