Dünya futbolu

İbrahimoviç nə zaman yaşıl meydanlara dönəcək?

Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunlarında “Anderlext”lə matçda zədələnən “Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviçin durumuna aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, 35 yaşlı forvardın durumu ciddidi. Avropa Liqasının 1/4 final mərhələsinin “Anderlext”lə cavab matçında zədələnən isveçli hücumçu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Diz bağlarından ciddi zədə alan təcrübəli futbolçu 2018-ci ilin yanvar ayına kimi futbol oynaya bilməyəcək.

Qeyd edək ki, cari mövsüm “Mançester Yunayted”in heyətində 46 oyun keçirən isveçli hücumçu 28 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43