Kateqoriyasız

“İçimdə prinsip var idi” – Qurban Qurbanov

“Futbolçularımız, azarkeşlərimizi təbrik edirəm. Son zamanlar belə atmosfer görməmişdik.

Kiprdə etdiyimiz səhvləri bu gün daha az etdik və futbolçularımız oyuna daha çox ciddi yanaşdı. İkinci hissə elə də baxımlı olmadı. Ancaq futbolçuların döyüşməsindən razı qaldım”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AEL-lə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Qurbanov daha sonra Kiprdəki olayla bağlı danışıb:

“Ordakı hadisədən sonra qələbə qazanaraq rəqibə cavab vermək istəyirdik. İçimdə prinsip var idi. Ancaq azarkeşlərin təxribatına görə yox, komandanın özünə görə.

Təcrübəli çalışdırıcı daha sonra sözlərinə belə davam edib:

“Oyundan əvvəl futbolçularıma dedim ki, bəzi matçlarda sonradan meydana girən oyunçular hər şeyi həll edə bilir. Bu gün də elə alındı. Futbolçularıma sona kimi mübarizə apardığına görə, təşəkkür edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43