İdman

İcra başçısı Region Liqasının qalibi olan futbolçularla görüşüb

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev AFFA Region Liqasında 2023/2024 mövsümünün qalibi olan “Şimal” futbol komandasnının məşqçi və futbolçuları ilə görüşüb.

İdmanxeber.az-ın məlumatına görə, komanda üzvlərini təbrik edən icra başçısı onlara gələcək yarışlarda uğurlar arzulayıb. Elnur Rzayev prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın inkişafı istiqmatəində görülən işlərdən və idmançılarımızın beynəlxalq arenada qazandığı uğurlardan söz açıb.

Xaçmaz rayonundada idmanın kütləviliyinə nail olmaq üçün önəmli layihələrin reallaşdırıldığını diqqətə çatdırıb.

“Şimal” futbol komandasının üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Görüşdə gələcək perspektiv planlar müzakirə olunub. “Şimal” futbol komandasının uğurlarının davamlı olması üçün belə görüşlərin mütəmadi olaraq təşkil olunacağı vurğulanıb.

Sonda komandaya Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən fəxri fərman təqdim olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43