Ölkə futbolu

İcraiyyə Komitəsindən vacib 12 qərar

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. Birinci Diviziondan Topaz Premyer Liqasına 1 komanda yüksəlsin, müvafiq olaraq, Topaz Premyer Liqasından Birinci Diviziona bir komanda düşsün.
2. Topaz Premyer Liqasında çıxış edən bütün klublarda minimum 5 nəfərdən ibarət İdarə Heyəti yaradılsın. Bununla əlaqədar klubların yeni strukturu və İdarə Heyətinin üzvləri AFFA rəhbərliyi tərəfindən təsdiq olunması üçün baş katibliyə təqdim edilsin. İdarə Heyətinin tərkibində bir veteran futbolçunun iştirakı ödənişli əsaslarla təmin olunsun. Bu strukturun formalaşması üçün AFFA tərəfindən lazımi köməklik göstərilsin və proses 2013-cü ilin sonundək başa çatdırılsın.
3. Topaz Premyer Liqasında çıxış edən klubların nəzdində U-19 komandası yaradılsın və AFFA tərəfindən keçirilən U-19 Liqasında iştirakı təmin edilsin.
4. “Araz” (Naxçıvan) klubunun Birinci Divizionda çıxışı ilə bağlı müraciəti təmin edilsin və klubların “Araz” klubu ilə səfər oyunu üçün Naxçıvana gediş-gəliş xərci AFFA tərəfindən ödənilsin.
5. AFFA-nın U-12 Liqası yaradılsın.
6. AFFA-nın bütün uşaq liqalarında “Yaşıl kart” qaydası tətbiq olunsun. FAIR PLAY qaydalarına daha çox əməl edən futbolçular (AFFA-nın bütün liqaları və Topaz Premyer Liqası klublarının futbolçuları) və klub AFFA ilin sonunda tərəfindən mükafatlandırılsın
7. Birinci Divizionda çıxış edən futbolçuların limiti 2013-2014-cü il mövsümündən etibarən 6 nəfər 21 yaşadək yerli futbolçu sistemi ilə tətbiq olunsun.
8. AFFA-nın bayrağı altında keçirilən müxtəlif yaş qruplarından ibarət liqalarda bütün uşaq komandalarının baş məşqçiləri minimum C lisenziyalı məşqçi kateqoriyasına (Topaz Premyer Liqası klublarının nəzdindəki uşaq komandalarının baş məşçisinin kateqoriyası lisenziyalaşdırma qaydalarına əsasən tənzimlənir) malik olmalıdır. Kurslarda təhsil haqqı AFFA tərəfindən ödəniləcək. Bunun üçün 6 ay müddət nəzərdə tutulur.
9. Topaz Premyer Liqasının 2014-2015-ci il mövsümündən başlayaraq limit 6 (legioner) + 5 (yerli) sistemi ilə tətbiq olunsun və 5 yerli futbolçudan 2-si 21 yaşadək olmalıdır.
10. “Kəpəz” klubunun Birinci Divizionda iştirakı təmin edilsin və AFFA İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov kluba AFFA tərəfindən kurator təyin olunsun.
11. AFFA-nın Futbol Veteranları Fondunun I dərəcəli təqaüdü təsis olunsun və bununla bağlı Əsasnaməyə əlavə təsdiq edilsin (Əsasnaməyə əlavə AFFA-nın saytında yerləşdiriləcək).
12. Aşağıdakı şəxslərə AFFA-nın xüsusi təqaüdü verilsin:
1.Ələkbər Məmmədov
2.Kazbek Tuayev
3.Ağasəlim Mircavadov
4.Rüstəm Rəhimov
5.Əhməd Ələsgərov
6.Çingiz İsmayılov
7.Valeri Hacıyev
8.Yaşar Babayev
9.Mübariz Zeynalov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43