İdman

İDDİA: Droqba gedir, İbrahimoviç gəlir

“Qalatasaray”ın ulduz futbolçusu Didier Droqba Amerikanın “Nyu-York” klubu ilə razılığa gəlib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, “sarı qırmızılılar” Droqbanın yerinə bir neçə namizədi gözdən keçirir. Namizədlər arasında ən iddialısının PSJ-də çıxış edən İbrahimoviçin olduğu bildirilir.

Bəzi mənbələrdə yazılana görə, Droqba komandadan ayrılacağı təqdirdə, böyük ehtimalla onun yerinə İbrahimoviç gətiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43