Kateqoriyasız

İdman Jurnalistlərinin Respublika Toplantısı keçiriləcək

Fevralın 20-də “Bulvar” otelində Azərbaycan İdman Jurnalistlərinin Respublika Toplantısı təşkil ediləcək.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan İdman Jurnalistləri Federasiyasının təşkilatçılığı ilə gerçəkləşəcək mərasim saat 10:00-da başlanacaq.

Dəyirmi masa formatında keçiriləcək tədbirə ölkənin idman mediasının nümayəndələri, idman qurumlarının mətbuat katibləri və veteran jurnalistlər dəvət olunacaqlar. Toplantıda idman mediası üçün aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq, rəy və təkliflər dinləniləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43