Ölkə futbolu

İdman naziri Azad Cabbarovdan Böyükağa Hacıyevə göndərmə: “Belə danışmaq düzgün deyil”

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Araz-Naxçıvan” – “Xəzər Lənkəran” qarşılaşmasından sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Cənab Vasif Talıbovun göstərişi ilə hər iki komanda üçün ziyafət təşkil olunub. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin “Xəzər Lənkəran”la çempionat oyunundan sonra qabartdığı məsələyə də toxunub: “Bu gün Naxçıvan və Lənkəran təmsilçilərinin qarşılaşdı. Görüşdə dostluq qalib gəldi. Azərbaycanın hər bir bölgəsi bizə əzizdir. Bugünkü matçdan da hamımız məmnun qaldıq. Bir müddət əvvəl kimlərsə məsuliyyətsiz açıqlamalar vermiş, naxçıvanlı, lənkəranlı söhbəti salmışdı. Amma belə danışmaq düzgün deyil. Bu, məsuliyyətsizlikdi”.(arazpfc.com)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43