Ölkə futbolu

İdmanxeber.com Dənizli müəmmasında son nöqtəni açıqlayır: Türkiyəli çalışdırıcı XL-ə “atdı”, Redniklə danışıqlar donduruldu

“Xəzər Lənkəran”da Mustafa Dənizli məsələsində son nöqtə qoyuldu.

İdmanxeber.com-a etibarlı mənbədən daxil olan məlumata görə, Dənizli son qərarını verib. İlk öncə getmək istədiyini israrla bildirən türkiyəli mütəxəssis artıq bu qərarından daşınıb.

Necə deyərlər, Dənizli Redniklə danışıqlara başlayan “Xəzər Lənkəran”a “atdı”. Türkiyəli mütəxəssis yeni mövsümün planlarını qurur. O, rəhbərlik qarşısına çempion ola biləcək heyət formalaşdırmaq istəməsi ilə bağlı bir neçə transfer şərti qoyacaq. 

Cənub klubu isə Dənizlinin bu qərarından sonra Redniklə danışıqları dondurub. Rumnıniyalı mütəxəssis ona təklif olunan ərəb klublarından birində işləyəməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43