Ölkə futbolu

İK-in qərarları açıqlandı: “Qəbələ” fanatları 7 min manat ziyana saldı, AZAL-ın futbolçusu azarkeşləri təhqir etdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, baş tutan iclasda Premyer Liqanın 25-ci turunda baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib. Qərarlar olduğu kimi sizə təqdim edirik. 

“Rəvan” – “Xəzər Lənkəran” matçında “Rəvan” klubunun 7  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Qəbələ” – “Neftçi” matçının 1, 36, 38, 63-cü  dəqiqələrində “Qəbələ” klubunun  azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub. Oyunda “Qəbələ” azarkeşləri tərəfindən təhqiredici pankartlar açıldığı üçün klub 5000 manat cərimə olunub.

AZAL – “Simurq” matçında AZAL klubunun 4  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 83-cü dəqiqəsində “Simurq” klubunun 2 №-li futbolçusu İlkin Qırtımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.

Oyunun 83-cü dəqiqəsində AZAL klubunun 3 №-li futbolçusu Aleksandr Şemonayev azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43