Türkiyə Futbol Federasiyası “Qalatasaray”ın hücumçusu Mauro İkardini cəzalandırıb.
İdmanxeber.az-ın məlumatına görə, TFF argentinalı forvardı Super Liqanın XXVI turunun “Ankaragücü” ilə oyununda (3:0) rəqib azarkeşlərə qeyri-etik hərəkət etdiyi üçün bir oyunluq diskvalifikasiya edib.
İkardi bu səbəbdən bu gün “Antalyaspor”la keçiriləcək oyunu buraxmalı olacaq.
1 oyunluq cəza olan 30 yaşlı forvard həftəsonu keçiriləcək “Beşiktaş” derbisində oynaya biləcək.