16 Sentyabr 2024
Ölkə futbolu

İki fərqli şəhərdə “Qarabağ”ı məyus edən futbolçu sıradan çıxdı

“Bayer”in (Leverkuzen) hücumçusu Viktor Bonifaey zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu Nigeriya millisinin heyətində sıradan çıxıb. Hücumçunun aprelə qədər yaşıl meydandan kənar qalacağı bildirilir.

Xatılrladaq ki, Bonifeys Avropa Liqası qrup mərhələsində “Qarabağ”a qarşı keçirilən iki görüşdə də fərqlənməyi bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43