Kateqoriyasız

İki futbolçumuz “Malaqa”nın düşərgəsində

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının iki futbolçusu – Mehrac Baxşəliyev və Gülağa Əsədov İspaniyaya yola düşüblər.

“Qəbələ” klubunun üzvləri AFFA-nın dəstəyilə təşkil olunan səfər çərçivəsində “Malaqa” klubunda bir aylıq təcrübə keçəcəklər.

Qeyd edək ki, bir müddət əvvəl İspaniya mətbuatı səviyyəcə ikinci liqada çıxış edən “Malaqa”nın Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Mahir Emreli ilə maraqlandığını yazıb (“Report).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43