Kateqoriyasız

İki futbolçusu “Neftçi”nin düşərgəsindən getdi

Türkiyədə yeni mövsümün hazırlığını davam etdirən “Neftçi”nin iki üzvü – Baqali Dabo və Soni Mustivar müvəqqəti olaraq komandanın düşərgəsini tərk edib.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, hər iki legioner müalicə məqsədilə İtaliyaya göndərilib.

Dabo məşq zamanı ayaq əzələsindən yüngül zədə alıbsa, Mustivar Haiti millisinin təlim-məşq toplanışından zədəli qayıdıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43