20 Sentyabr 2020
Kateqoriyasız

Dramatik matç: “Tottenhem” finalda!

Bu gecə Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, turnirin sürpriz komandası “Ayaks” ilk oyunda səfərdə məğlub etdiyi “Tottenhem”i qonaq edib.

İlk yarını 2-0 qalib qapayan amsterdamlılar bu üstünlüyü ikinci hissədə əldən verib. 3 qol vuran ingilislər finala vəsiqə əldə edən tərəf olub.

Qeyd edək ki, “Tottenhem” finalda “Liverpul” ilə üz-üzə gələcək. Final matçı iyunun 1-də Madriddəki “Vanda Metropolitano” stadionunda keçiriləcək.

8 may

Çempionlar Liqası

Yarımfinalın cavab oyunu

23:00. “Ayaks” (Hollandiya) – “Tottenhem” (İngiltərə) – 2:3
Qollar: 
De Liqt, 5 (1:0), Zieş, 35 (2:0), L.Moura, 55, (2:1), 59 (2:2), 90+6 (2:3)
İlk oyun – 1:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Sabah” qələbəyə həsrət qaldı, “Qəbələ” yenə uduzdu

admin