İdman

İlahə Qasımova: “Şükür edirəm ki, öz vətənimizdə medalsız qalmadım”

“Çox xoşbəxtəm ki, bürünc medalı götürmüşəm. Amma bu, mənim üçün çempionluqdur. İlk növbədə Allaha şükür edirəm ki, öz vətənimizdə medalsız qalmadım. Bunun üçün öz müəllimlərimə minnətdaram. Çoxdan idi ki, bu nailiyyəti gözləyirdim. Bir ildən çox idi ki, ağır məşqlərimiz olurdu. İnanırdım ki, nəticə olacaq və medal götürəcəyəm”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Avropa Oyunlarında ölkəmizə ilk medalı qazandıran idmançımız İlahə Qasımova deyib.

Mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlama verən İlahə rəqibə qalib gəlməsində azarkeşlərin də böyük rolu olduğunu bildirib: “Tamaşaçıların dəstəyi bizə daha da stimul verdi. Bütün Azərbaycan xalqından idmançılarımıza dəstək olmağı xahiş edirəm. Həm şəxsi, həm də yığmadakı müəllimlərimə borcluyam. Ən çox isə mənə dəstək olan valideynlərimə minnətdaram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43