08 Sentyabr 2024
İdman

İlham Əliyev ağlayan idmançıya zəng edib – VİDEO

Hörmətli oxucular, Azərbaycanda idman dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bunu indiyədək həyata keçirilən işlərdən də görmək mümkündür. Söhbət yalnız idman arenalarının tikilməsindən və ya beynəlxalq turnirlərin keçirilməsindən getmir. Burda idmanla bağlı bütün təfərrüatlar nəzərdə tutulur. İndi növbəti süjetimizlə sizin diqqətinizi bir məsələyə yönəldəcəyik. Deməli, Avropa Oyunlarında iştirak edən idmançılarımızdan biri məğlub olur və medal qazanmaq şansını itirir. Bu isə ona pis təsir edir və elə tatamidə ağlamağa başlayır. Prezident İlham Əliyev bu mənzərəni görür və həmin idmançıya zəng edərək ona ürək-dirək verir. Prezidentlə həmin idmançı arasında baş tutan dialoqun təfərrüatlarını isə süjetimizdən izləyin.
Bu gənc, belçikalı rəqibi Muhammed Ketbi Si ilə bürünc medal uğrunda döyüşərək məğlub olub. Ancaq döyüşdən sonrakı davranışı ilə bütün azarkeşlərin və tamaşaçıların diqqətini özünə cəlb edib.
Taekvondo üzrə döyüşən Məhəmməd Məmmədov məğlubiyyətini soyuqqanlı qəbul edə bilmir. 17 yaşlı gənc elə tatamidə hönkürə-hönkürə ağlamağa başlayır. Hətta rəqibi onu sakitləşdirməyə çalışsa da, Məhəmməd medal qazana bilmədiyindən özünə gələ bilmir.
Lakin gəncin kədəri çox çəkmir. Döyüşdən dərhal sonra onu həvəsləndirən bir hadisə baş verir. Prezident İlham Əliyev döyüşü zalda izləməsə də, Məhəmmədə zəng vurur və ona ürək-dirək verir. Məhəmməd deyir ki, dövlət başçısının zəngi onu düşdüyü dərin psixoloji böhrandan çıxarıb. (xəzərxəbər)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43