İdman

İlham Əliyev milli komandamızı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionatında uğur qazanan yunan-Roma güləşi üzrə milli komandamızı təbrik edib.

İdmanxeber.az-ın məlumatına görə, özünün Tvitter səhifəsində dövlət başçısı yazıb:

“Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43