Dünya futbolu

İlin ən yaxşı futbolçusu açıqlandı

“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Haland Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) versiyasına görə 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.

İdmanxeber.az-ın məlumatına görə, o, 208 bal toplayıb. İkinci yeri PSJ-nin və Fransa millisinin futbolçusu Kilian Mbappe (105 xal), üçüncü yeri “İnter Mayami”nin və Argentina yığmasının üzvü Lionel Messi (85) tutub.

Holland karyerasında ilk dəfə bu mükafatı aldı. Cari mövsümdə 23 yaşlı norveçli 22 oyun keçirib, 19 qol vurub və 5 assitə imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43