08 Sentyabr 2024
Dünya futbolu

İlin ən yaxşı baş məşqçisi açıqlandı

“Mançester Siti”nin baş məşqçisi  Pep Qvardiola Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) versiyasına görə 2023-cü ilin ən yaxşı klub məşqçisi seçilib.

İdmanxeber.az-ın məlumatına görə, o, 281 bal toplayıb. “Real”ın baş məşqçisi Karlo Ançelotti ikinci yeri (56 xal), “Napoli”yə rəhbərlik etmiş Luçano Spaletti (53) isə üçüncü sıranı tutub.

2023-cü ildə Qvardiola Premyer Liqa, İngiltərə Kuboku, Çempionlar Liqası, UEFA Super Kuboku və Klublararası Dünya Çempionatının qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43