Dünya futbolu

İlin ən yaxşı oyunçusu seçildi

FIFA bu gün 2018-ci ilin ən yaxşı futbolçusu və baş məşqçisinin adını açıqlayıb.

 Londonda keçirilən tədbirdə ən yaxşı futbolçu adına Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç layiq görülüb.

Ən yaxşı qapıçı adına “Real”ın və Belçika millisinin üzvü Tibo Kurtua layiq görülüb.

Ən yaxşı qol isə “Liverpul”un misirli futbolçusu Məhəmməd Salahın “Everton”a vurduğu qol seçilib.

Ən yaxşı baş məşqçi isə Fransaya dünya çempionluğu qazandıran Didye Deşam seçilib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43