20 Sentyabr 2024
Dünya futbolu

İlin ən yaxşı qapıçısı kim olacaq? – adlar…

Beynəlxalq Futbol Federasiyası 2023-cü ilin ən yaxşı qapıçısı mükafatına üç namizədi açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, “The Best” mükafatının finalçıları Yassin Bunu (“Əl-Xilal”/Mərakeş milli komandası), Tibo Kurtua (“Real”/Belçika millisi) və Ederson (“Mançester Siti”/Braziliya millisi) olub.

Ən yaxşı qapıçı mükafatının sahibi yanvarın 15-də Londonda keçiriləcək mərasimdə açıqlanacaq.

Argentinalı Emiliano Martines 2022-ci ilin ən yaxşı qapıçısı seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43