Dünya futbolu

İlin ən yaxşı futbolçusu adına üç namizəd məyyənləşdi

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2016-cı ilin ən yaxşı futbolçusu adına iddia edən üç finalçının adını açıqlayıb.

İdmanxəbər.com-un məlumatına görə, final üçlüyünə Madridin “Real” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo, Madridin “Atletiko” komandasının və Fransa yığmasının hücumçusu Antuan Qrizman, “Barselona”nın və Argentina komandasının hücumçusu Lionel Messi daxildir.

Namizədlər arasında favorit ötən mövsümdə “Real”ın heyətində Çempionlar Liqasının qalibi və Portuqaliya millisinin tərkibində Avropa çempionu olmuş Kriştiano Ronaldo hesab edilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43