Dünya futbolu

“İlin ən yaxşı qolu” mükafatçısı karyerasını erkən bitirdi

Keçən il dünyanın ən yaxşı qoluna verilən FİFA “Puşkaş” mükafatına layiq görülən braziliyalı futbolçu Vendell Lira karyerasını bitirdiyini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, 27 yaşlı hücumçu bu qərarının futboldakı yalanların və zədəsinin təsiri ilə bağlı olduğunu söyləyib.   

Lira bundan sonra FİFA video oyunçusu olacağını və “YouTube” kanalı açaraq izləyicilərinə öz bacarıqlarını göstərəcəyini bildirib: “Braziliyada peşəkar futbolçu olmaq çox çətindir. Futbol karyeram 15 ildir ki davam edirdi. Heç vaxt unutmayacağım anlarım oldu. Dünya ulduzları ilə çiyin-çiyinə oynadım və bir çox nailiyyət əldə etdim. Hər zaman arzuladığım video oyunçusu olmaq xəyalım gerçəkləşdi”.   

Qeyd edək ki, braziliyalının 2015-ci ildə “Qoyanesiya” forması ilə “Atletiko Qoyanense”yə vurduğu qol dünyanın ən yaxşı qolu seçilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43