Premyer Liqa

İlin ilk antirekordu Zirədə

Azərbaycan Premyer Liqasında ikinci dövrə start götürdü.

İdmanxeber.com-un məlumatına görə, iki günü əhatə edən XV turun azarkeş sayı da bəlli oldu.

Turun antirekordu Zirədə qeydə alındı. “Zirə” – “Sumqayıt” matçında cəmi 500 tamaşaçı qeydə alınıb.

Bu gün keçirilən “Neftçi” – “Kəpəz” qarşılaşmasını isə 2000 tamaşaçı izləyib. Bu turun rekord göstəricisidi.

Ümumilikdə isə XV turu tirbunalardan 5500 tamaşaçı izləyib.

“Neftçi” – “Kəpəz” – 2000 tamaşaçı

“Keşlə” – “Səbail” – 1500 tamaşaçı

“Qarabağ” – “Qəbələ” – 1500 tamaşaçı

“Zirə” – “Sumqayıt” – 500 tamaşaçı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43