Ölkə futbolu

İlin son turunun “ən yaxşıları” açıqlandı: “Neftçi” və “Xəzər Lənkəran” futbolçuları siyahıdan kənarda qaldı

Peşəkar Futbol Liqasının (PFL) əməkdaşlıq etdiyi “İnsTat Football” şirkəti Premyer Liqamızın 18-ci turunun ən yaxşı futbolçularının adını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, 20 futbolçunun yer aldığı siyahıda “Bakı”nın forvardı Nurlan Novruzov birincidi. “Simurq”un üzvü Rəşad Eyubov ikinci, “Qarabağ”ın sağ cinah müdafiəçisi Maksim Medvedev isə üçüncüdü. 

Legionerlərdən ən yaxşı göstəriciyə isə “Simurq”un futbolçusu Çeran, “Qarabağ”ın üzvü Riçard Almeyda və “Qəbələ”nin aparıcı oyunçusu Dodo imza atıb.

“İnsTat Football”ın tərtib etdiyi “20”lik belədi:

1. Nurlan Novruzov (Bakı)

2. Rəşad Eyubov (Simurq)

3. Maksim Medvedev (Qarabağ)

4. Çeran (Simurq)

5. Almeyda (Qarabağ)

6. Samir Zərgərov (Simirq)

7. Dodo (Qəbələ)

8. Mombonqo (AZAL)

9. Səlahət Ağayev (İnter)

10. Bədavi Huseynov (Qarabağ)

11. Sxadadze (İnter)

12. Təvəkkül Məmmədov (Sumqayıt)

13. Ehiosun (Qəbələ)

14. Nizami Hacıyev (İnter)

15. Stoyonoviç (Simurq)

16. Axundov (Simurq)

17. Mirzəbəyov (İnter)

18. Qara Qarayev (Qarabağ)

19. Elvin Camalov (Qəbələ)

20. Meza Kolli (İnter)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43