Kateqoriyasız

İlk 10 illikdə ən çox qol vuran müdafiəçilər

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrin ilk 10 illiyində ən çox qol vuran müdafiəçilərin adlarını açıqlayıb.

Siyahıya Yaponiya millisinin sabiq oyunçusu Markus Tanaka başçılıq edir.

41 yaşlı veteran futbolçu 58 qola imza atıb.

Belçikalı Daniel van Büten 57 qolla ikinci pillədə qərarlaşıb. Norveçli Yon Arne Riise və braziliyalı Roberto Karlos 55 qolla 3-4-cü yerləri bölüşdürür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43