Ölkə futbolu

İlk dəfə Poznanda, 11 il sonra Masazırda

Misli Premyer Liqasının 21-ci turunda “Sabah”la matçda qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan “Səbail”in futbolçusu Rahid Əmirquliyev üçün bu bir ilk idi.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi karyerasında ilk dəfə bir Premyer Liqa matçında qırmızı vərəqə aldı. “Sabah”la oyuna kimi Əmirquliyevin karyerasında yalnız bir qırmızı vərəqə olub ki, o da “Xəzər Lənkəran” forması ilə avrokubok matçlarına təsadüf edir. 2012-ci ildə “Lex”lə səfər matçında cəzalanan futbolçu 11 il sonra Masazırda bir ilki gerçəkləşdirib.

“Dənizçilər”in kapitanı saytımıza açıqlamasında bunları dedi:

“Bu mənim karyeramda daxili arenada gördüyüm ilk “qırmızı”dı. İlk dəfə “Xəzər Lənkəran”da çıxış edərkən “Lex”lə avrokubok matçında meydandan qovulmuşam. Həmin gündən bu yana qırmızı ilə cəzalandırılmamışdım. Futboldu, hər şey olur.  Çalışıram ki, komandamı meydanda azlıqda qoymayım”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43