Ölkə futbolu

İlk qələbə sorağında

Topaz Premyer Liqasının 12-ci turu paytaxt derbisi ilə əlamətdar olacaq. Son turlarda inamlı çıxışı ilə irəliləyişə nail olan “İnter” geridə qalan 11 tur ərzində hamıdan çox – 21 qol buraxan “Rəvan”ı sınağa çəkəcək.

2 noyabr (şənbə)

58.  “İnter” (Bakı) – “Rəvan” (Bakı)

+5=0-0, top fərqi 12-2

Paytaxt derbisinə “İnter” aşkar üstünlüklə çıxacaq. Kaxaber Sxadadzenin yetirmələri indiyədək 5 dəfə qarşılaşdığı rəqibini həmişə məğlub edib. Xala həsrət qalan “Rəvan” səfərdə rəqibinin qapısına yol tapa bilmir.

30.10.2011

Rəvan (Bakı) – İnter (Bakı)

1:2

07.03.2012

İnter (Bakı) – Rəvan (Bakı)

1:0

04.10.2012

Rəvan (Bakı) – İnter (Bakı)

0:2

02.12.2012

İnter (Bakı) – Rəvan (Bakı)

2:0

25.08.2013

Rəvan (Bakı) – İnter (Bakı)

1:5


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43