06 Oktyabr 2022
Kateqoriyasız

İlk rəsmi oyun, ilk qələbə, ilk qol

Azərbaycan Premyer Liqasın ilk turunda “Sumqayıt”la görüş “Sabah”ın bir neçə futbolçusu üçün əlamətdar olub.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni transferlərimiz – Abdulaye Ba, Con İrasabal, Tellur Mütəllimov, Namik Ələskərov, Anatoli Nuriyev, Emmanuel Apeh və Davit Volkov “Sabah”da ilk rəsmi oyunlarını keçiriblər. Anatoli həm də, “Sabah”ın heyətində ilk rəsmi matçında ilk qoluna imza atıb.

Kristian Sebalyosun matçda son nöqtəni qoyduğu qol isə Premyer Liqa tarixinin yubiley – 13000-ci qolu olub.

Qeyd edək ki, görüş “Sabah”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Qarabağ”dan darmadağın, “Neftçi”dən çətin qələbə

admin