Dünya futbolu

İlkay Gündoğan “Mançester Siti”nin təklifini geri çevirdi

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğanın gələcək karyerası bəlirsizdi.

İdmanxeber.az-ın məlumatına görə, türk əsilli oyunçu “şəhərlilər”in təklifini qəbul etməyib. Belə ki, rəhbərlik ona bir illik müqavilə təklif edir.

Gündoğan isə sözləşmənin müddətinin 2 il olmasını tələb edir. Bununla yanaşı, “Barselona” da oyunçunun xidmətində maraqlıdır.

Kataloniya klubu təcrübəli futbolçuya iki illik müqavilə təklif edib.

32 yaşlı yarımmüdafiəçi cari mövsüm komandası ilə 30 oyun keçirib və 8 qol vurub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43